FHN köməksiz qalmış uşağı xilas etdi

Bakıda bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış uşaq xilas edilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytında  verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda mənzildə azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olduqdan sonra nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə yollanıblar.

Onlar mənzilin qapısını açıblar və azyaşlını valideynlərinə təhvil veriblər. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31