Cəlilabadda sürüşmə - AVTOMOBİL YOLU ÇÖKDÜ
22 Mart 2017 14:00 SosialCəlilabad rayonunda sürüşmə sahələrində yenidən aktivləşmə müşahidə olunur.
Daha çox aktivlik Zəhmətabad kəndində qeydə alınıb, böyük torpaq laylarının dərəyə sürüşməsi nəticəsində çökəklik yaranıb.
Yüksək ərazidə vəziyyətin daha da təhlükəli olduğu bildirilir.
Sürüşmə nəticəsində Cəlilabad-Yardımlı avtomobil yolunda hərəkət üçün çətinliklər yaranıb.
Yolda avtomobillərin hərəkətində problem yaranmaması üçün tədbirlər görülür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31