Ruhi xəstə özünü öldürmək istədi - Bakıda
20 Mart 2017 18:29 SosialBakının Sabunçu rayonunda 34 yaşlı kişi intihara cəhd edib.
Hadisə şəhər şosesi döngə 5-də qeydə alınıb. Həmin ünvanda yaşayan 34 yaşlı Nəzər Nuriyev intihar etmək məqsədilə qarın nahiyyəsinə bıçaqla çoxsaylı xəsarətlər yetirib.
O, bıçaq xəsarəti ilə 3 saylı şəhər xəstəxanasına gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Nəzər Nuriyevin ruhi xəstə olduğu bildirilir. Bundan əvvəldə 4 dəfə intihara cəhd etdiyi qeyd edilir.
Faktla bağlı araşdırma aparılır. Telerqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31