Bakıda 30 min manatlıq qızıl-zinət əşyaları oğurlandı
20 Mart 2017 18:27 SosialBakı şəhərində evdən 30 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.
Hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1986-ci il təvvəllüdlü Rəmail İsmayılovun Süleyman Sani Axundov küçəsi, 1V ünvanında yerləşən evindən naməlum şəxs və ya şəxslər qeyri-müəyyən şəraitdə 30 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31