Salyanda AĞIR QƏZA
20 Mart 2017 13:41 SosialSalyan rayonunun Kürqaraqaşlı kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Martın 20-də saat 02:00 radələrində rayonun Kürqaraqaşlı kəndi ərazisində rayon sakini Fərhad Əliyev idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarındakı hasara vurub. Hadisə nəticəsində sürücü hadisə yerində ölüb. Sərnişin isə xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Salyan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31