Səhiyyə Nazirliyində  kadr potensialı təkmilləşdirilir

Səhiyyə Nazirliyinin ən prioritet istiqamətlərindən biri kadr potensialının təkmilləşdirilməsi, tibb işçilərinin peşəkarlığının artırılması məsələsidi. Nazirlikdən “Olaylar” – a bildirilib kli, bu məqsədlə nazirliyin təşkilati dəstəyi ilə mütəxəssislərimiz daim müxtəlif səpkili beynəlxalq tədbirlərdə, konfranslarda, kurslarda iştirak edirlər.

Səhiyyə Nazirliyinin ən prioritet istiqamətlərindən biri kadr potensialının təkmilləşdirilməsi, tibb işçilərinin peşəkarlığının artırılması məsələsidi. Nazirlikdən "Olaylar" - a bildirilib kli, bu məqsədlə nazirliyin təşkilati dəstəyi ilə mütəxəssislərimiz daim müxtəlif səpkili beynəlxalq tədbirlərdə, konfranslarda, kurslarda iştirak edirlər.

Belə tədbirlərdən biri  Maltada keçirilib. Avropa Parodontologiya Federasiyasının və Türk Parodontologiya Cəmiyyətinin təşkilatçılığı ilə "Peri-implantitlər:etiologiyadan müalicəyə" mövzusunda klinisist mütəxəssislər üçün 2-ci Perio Master Clinic konfransı təşkil olunub. Tədbirdə ölkəmizi Azərbaycan Parodontologıya Cəmiyyətinin prezidenti, Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə institutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti, t.ü.f.d. Cavid Əhmədbəylinin rəhbərliyi ilə implantologiya sahəsində Azərbaycanlı həkimlər təmsil ediblər. 

Digər təlim xarakterli tədbir isə Ukraynanın Kiyev şəhərində "Actual GMP Requirements" mövzusunda olub. Təlimdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 6 mütəxəssisi iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31