Bakıda və Abşeronda müşahidə olunan toz Ərəbistan səhralarından gəlib
14 Mart 2017 10:05 SosialEkologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin "Olaylar" - a verdiyi məlumata əsasən, mütəxəssislərin son 2 gün ərzində apardığı monitorinqlərin nəticələrinə əsasən, Bakıda və Abşeron yarımadasında havada olan tozun miqdarının sanitar normadan artıq olduğu müəyyən edilib. Buna səbəb Ərəbistan səhralarında müşahidə olunan toz burulğanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır. Bu toz hissəcikləri atmosfer axınları ilə, əsasən də cənub, cənub-qərb axınları vasitəsilə Azərbaycana da gəlib.
Bildirilir ki, əlverişsiz meteoroloji şəraitlə bağlı 14 mart 2017-ci il tarixində atmosfer havasında tozun miqdarının bir qədər də artacağı və prosesin martın 15-dən zəifləyəcəyi ehtimal edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31