Bakı-Sumqayıt yolundakı dəhşətli qəzayla bağlı YENİ VİDEO

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib. Masazır dairəsindəki körpünün üstündə "Ford-Tranzit" markalı sərnişin mikroavtobusu daş maşınına çırpılıb.

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib. Masazır dairəsindəki körpünün üstündə "Ford-Tranzit" markalı sərnişin mikroavtobusu daş maşınına çırpılıb. Sumqayıt Dövlət Universitetindən (SDU)  məlumata görə, ali məktəbin 3 tələbəsi hadisə yerində, daha iki nəfər isə xəstəxanada həyatını itirib. 20 nəfər isə müxtəlif dərəcəli yüngül bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Hazırda SDU-nun rektoru, prorektorlar və dekanlar hadisə yerindədirlər. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31