Bakı-Sumqayıt yolunda ölən tələbələrin sayı 5-ə çatdı: 21 yaralı var - YENİLƏNİB - FOTO - VİDEO

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın verdiyi məlumata görə, yol qəzası nəticəsində 5 nəfər ölüb, 20 nəfər xəsarət alıb. Yaralılardan 17-si Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, 3 nəfər isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın verdiyi məlumata görə, yol qəzası nəticəsində 5 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Yaralılardan 17-si Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, 3 nəfər isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Trend.az

***

Bakı-Sumqayıt yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 17 nəfər Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti orta-ağırdır. Daha 4 nəfər isə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onlardan 3-ü hazırda xəstəxanadadır, xəsarəti yüngül olan bir nəfər evə buraxılıb. 

***

Qəza nəticəsində ölənlərin sayı 4-ə çatıb. Ölənlərin hər 4-ü tələbədir. Xəsarət alanlardan 6 nəfəri Sumqayıt Şəhər Xəstəxanasına çatdırılıb. Xəstəxanadan APA-ya verilən məlumata görə, onların vəziyyəti orta-ağırdır.

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın verdiyi məlumata görə, 3 nəfər hadisə yerində dünyasını dəyişib. Ölənlərin hər 3-ü tələbədir. Xəsarət alan 5 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyətləri ağırdır.

***

Baş Dövlət Yol Polisi İdarəsindən  verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Avtobusun sərnişinlərinin hamısının tələbə olduğu bildirilir. Trend.az

Belə ki, qəzaya uğramış "Ford-tranzit" markalı mikroavtobus tələbələri Sumqayıt Dövlət Universitetinə aparırmış.

Qeyd edək ki, mikroavtobus şosenin Masazır dairəsindəki körpünün üstündə sərnişin daşıyan mikroavtobus dəmir məhəccərə çırpılıb. 

Bakı-Sumqayıt yolunda ağır qəza baş verib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, "Ford-Tranzit" markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb.

İlkin ehtimala görə, "Ford-Tranzit"in sürücüsü yola çıxan piyadanı vurmamaq üçün manevr etmək istəyib, nəticədə mikroavtobus dəmir maneəyə dəyib. 

Hadisə yerinə yol polisi və təcili tibbi yardım əməkdaşları cəlb olunublar. 

Qəza nəticəsində ölən və yaralıların olduğu bildirilir. 

***

Abşeron rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Ford-Tranzit" markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb. İkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var. Qəza yerinə yol polisi və təcili tibbi yardım maşınları cəlb olunub. Yolda avtomobillərin sıxlığı yaranıb. Baş Dövlət Yol Polisi İdarəsindən  verilən məlumata görə, qəza Bakı-Sumqayıt yolunda baş verib. Məlumata görə, Bakıdan Sumqayıta gedən mikroavtobusun sürücüsü yola çıxan piyadanı vurmamaq üçün manevr etmək istəyib, nəticədə mikroavtobus maneəyə çırpılıb. Hadisə yerində yol polisi işləyir. İdarədən qəza nəticəsində xəsarət alanların olduğu bildirilib. Apa.az    

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31