Keçən ay Təhsil Nazirliyinin 15 693 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2017-ci ilin fevral ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
2 Mart 2017 12:26 SosialTəhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar xətt" xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2017-ci ilin fevral ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 15693 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 12687 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3006 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1283 sənəd (659 məktub, 401 ərizə, 223 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.