Media nümayəndələri ilə görüş keçiriləcək
Milli Qqeyri Hökumət Təşkilatları Forumu Bakı QHT Resurs və Təlim Mərkəzində martın 3-dən etibarən “Mədən sənayesində şəffaflıq təşəbbüsü” mövzusunda media nümayəndələri ilə görüş keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a forumdan daxil olub. Bildirilib ki, görüşdə məruzələrlə Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov, Mədən Sənayesi Şəffaflıq Təşəbbüsü üzrə Regional Tədris Mərkəzinin direktoru İnqilab Əhmədov və İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin prezidenti Azər Mehtiyev çıxış edəcəklər. Görüş zamanı media nümayəndələrini maraqlandıran suallara cavablar veriləcək.
2 Mart 2017 12:17 SosialMilli Qqeyri Hökumət Təşkilatları Forumu Bakı QHT Resurs və Təlim Mərkəzində martın 3-dən etibarən "Mədən sənayesində şəffaflıq təşəbbüsü" mövzusunda media nümayəndələri ilə görüş keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a forumdan daxil olub. Bildirilib ki, görüşdə məruzələrlə Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov, Mədən Sənayesi Şəffaflıq Təşəbbüsü üzrə Regional Tədris Mərkəzinin direktoru İnqilab Əhmədov və İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin prezidenti Azər Mehtiyev çıxış edəcəklər. Görüş zamanı media nümayəndələrini maraqlandıran suallara cavablar veriləcək.