Nəsimi rayon ictimaiyyəti Memorial Soyqırım muzeyində olub

24 fevral 2017-ci il tarixdə Nəsimi rayon ictimaiyyəti Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında fəaliyyət göstərən olmuşlar.”Olaylar” xəbər verir ki, ekskursiya zamanı bələdçi bildirmişdir ki, Respublika Hərbi Prokurorluğunda yaradılmış bu muzey Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən ağır bir tarixi hadisəni özündə əks etdirən nümunədir. Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Anar Tağıyev muzeylə tanışlıq zamanı bildirmişdir ki, Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğunun təhlükə qarşısında qaldığı bir dövrdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində erməni millətçiləri azərbaycanlılara qarşı müntəzəm olaraq etnik təmizləmə və soyqırımının beynəlxalq aləmdə tanınması, Xocalı faciəsi və ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş digər cinayətlər haqqında tarixi ədalətin bərpa olunması, erməni cinayətkarlarının ədalət mühakiməsinə cəlb olunması və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində xalqımızın Ümummmilli lideri Heydər Əliyevin əvəzsiz rolu olmuşdur.

24 fevral 2017-ci il tarixdə Nəsimi rayon ictimaiyyəti Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında fəaliyyət göstərən olmuşlar."Olaylar" xəbər verir ki, ekskursiya zamanı bələdçi bildirmişdir ki, Respublika Hərbi Prokurorluğunda yaradılmış bu muzey Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən ağır bir tarixi hadisəni özündə əks etdirən nümunədir. Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Anar Tağıyev muzeylə tanışlıq zamanı bildirmişdir ki, Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğunun təhlükə qarşısında qaldığı bir dövrdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində erməni millətçiləri azərbaycanlılara qarşı müntəzəm olaraq etnik təmizləmə və soyqırımının beynəlxalq aləmdə tanınması, Xocalı faciəsi və ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş digər cinayətlər haqqında tarixi ədalətin bərpa olunması, erməni cinayətkarlarının ədalət mühakiməsinə cəlb olunması və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində xalqımızın Ümummmilli lideri Heydər Əliyevin əvəzsiz rolu olmuşdur. Son illərdə erməni yalanlarının dünyada ifşa olunması istiqamətində Azərbaycan tərəfindən həyata keçirilən məqsədyönlü fəaliyyət daha da güclənmiş, ermənilərə qarşı ideoloji mübarizə daha effektiv xarakter almışdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli addımların atılması prinsipiallıqla davam etdirilir. Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban xanım Əliyeva tərəfindən mühüm və əhəmiyyətli işlər, iri miqyaslı layihələr həyata keçirilir. Fondun vitse prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" aksiyaları bu soyqırım barədə həqiqətlərin dünya xalqlarına çatdırılmasında mühüm əhəmiyyət kəsb edir. Muzeylə tanışlıqdan sonra Azərbaycan Respublikası Hərbi Prokurorluğunun sifarişi ilə hazırlanmış "Əsrin faciəsi" sənədli filminə baxılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31