Piter Teys: "Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması Azərbaycanın bir çox ölkələrlə əməkdaşlığını möhkəmləndirəcək"
Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması ölkənin icra hakimiyyətinə yeni dinamika gətirəcək və ictimai diplomatiya təşəbbüslərini işə salacaq.
24 Fevral 2017 16:41 SosialMehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması ölkənin icra hakimiyyətinə yeni dinamika gətirəcək və ictimai diplomatiya təşəbbüslərini işə salacaq. Bunu ABŞ-ın Markett Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys deyib.
Onun sözlərinə görə, ölkə prezidenti tərəfindən qəbul edilmiş qərar Azərbaycan qadınının ölkənin iqtisadi inkişafına töhfəsini nümayiş etdirir və Azərbaycanın dünyadakı nüfuzunu artıracaq.
O, Mehriban Əliyevanın Azərbaycanın bir çox ölkə və beynəlxalq təşkilatlarla əməkdaşlığını möhkəmləndirəcəyini deyib.
Bundan başqa ekspert qeyd edib ki, Birinci vitse-prezident multikulturalizm və dini tolerantlıq dəyərlərinin təşviqi istiqamətində də fəaliyyət göstərəcək. Trend.az