Mehriban Əliyevanın birinci vitse-prezident seçilməsi
Bu günlər Azərbaycan özünün köklü islahatlar dövrünü yaşayır. Keçən ilin sonlarından etibarən demək olar ki, bütün spektrləri əhatə edən bu islahatlar daha çox idarəetmə sahəsində öz müsbət dinamikası ilə müşahidə edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə bir neçə dövlət qurumunun birləşdirilməsi məhz idarəetmə sahəsinin təkmilləşdirilməsinə xidmət edirdi. Bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncam ilə ölkənin birinci vitse-prezidentinin təyinatı isə məhz bu islahatların məntiqi davamı idi. Məlumat üçün qeyd edək ki, dövlət başçısının imzaladığı həmin sərəncam əsasında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ölkənin birinci vitse-prezidenti təyin olunub. Azərbaycan Prezidentinin bu təyinatı ölkə ictimaiyyəti, ayrı-ayrı peşə sahibləri, eləcə də vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən byük rəğbət hissi ilə qarşılanıb.
24 Fevral 2017 16:45 SosialAytəkin Ədalətqızı: "Azərbaycanın beynəlxalq aləmdə olan nüfuzunu daha da inkişaf etdirəcək"
Bu günlər Azərbaycan özünün köklü islahatlar dövrünü yaşayır. Keçən ilin sonlarından etibarən demək olar ki, bütün spektrləri əhatə edən bu islahatlar daha çox idarəetmə sahəsində öz müsbət dinamikası ilə müşahidə edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə bir neçə dövlət qurumunun birləşdirilməsi məhz idarəetmə sahəsinin təkmilləşdirilməsinə xidmət edirdi. Bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncam ilə ölkənin birinci vitse-prezidentinin təyinatı isə məhz bu islahatların məntiqi davamı idi. Məlumat üçün qeyd edək ki, dövlət başçısının imzaladığı həmin sərəncam əsasında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ölkənin birinci vitse-prezidenti təyin olunub. Azərbaycan Prezidentinin bu təyinatı ölkə ictimaiyyəti, ayrı-ayrı peşə sahibləri, eləcə də vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən byük rəğbət hissi ilə qarşılanıb.
Gənc Heydərçilər Klubunun təşəbbüskarı, klubun Prezidenti Aytəkin Ədalətqızı bildirib ki, Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunması Azərbaycanın beynəlxalq aləmdə olan nüfuzunu daha da inkişaf etdirəcək: "Qeyd etmək lazımdır ki, Azərbaycan müasir tarixində mühüm hadisələr baş verir. O hadisələr ki, Azərbaycan xalqının inkişafına, dövlətçiliyimizin inkişafına, cəmiyətimizdə hökm sürən sabitliyin daha da möhkəmlənməsinə xidmət edir. Belə hadisədən biri də ulu öndərimizin layiqli davamçısı Prezident İlham Əliyevin verdiyi sərəncam oldu. Həmin sərəncəm əsasında hörmətli Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan xalqının sevimlisi, dünya qadınlarına nümunə olacaq xanım Mehriban Əliyeva ölkənin birinci vitse-prezident təyin olundu. Azərbaycan cəmiyyətində bu çox mühüm bir hadisə kimi qarşılandı. Hesab edirəm ki, bu dövlətçiliyimiz və siyasi tariximizdə çox mühüm bir addımdır. Bütün bu proseslər ulu öndər Heyder Əliyev ideyalarının bir bəhrəsidir". Aytəkin Ədalətqızı deyib ki, həmişə Cənab Prezident Azərbaycan gənclərinin, Azərbaycan qadınlarının ümid yeri olub: "Azərbaycan xalqını bu hadisə çox sevindirdi. Mehriban Əliyeva dünya xanımlarına bir nümunədir. Azərbaycan xalqı Mehriban xanımın xidmətlərini yüksək qiymətləndirir, həmişə Azərbaycan xalqının yaddaşında qalacaq. Mehriban xanımın mədəniyəti, onun böyük ana, kimisinə bacı, ümumilikdə Azərbaycan adına ləyaqət və şərəf gətirən bir Azərbaycan xanım olması ilə bir gənc olaraq həmişə fəxr etmişəm. Mən öz-özlüyümdə ulu öndərin ideyalarını neçə illərdir təbliğ edirəm və həmişə fəxr etmişəm ki, bu ailənin tərkibində bu yolu uğurla davam edən şərəfli bir Azərbaycan xanımı Mehriban Əliyeva vardır. Bəs, Cənab prezidentin məlum sərəncamı ilə Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsi Azərbaycana nə verəcək? Fikirlərimi bölüşmək istəyirəm. Birinci olaraq Azərbaycanda xalqın məmurlara uzanan qısa əli daha tez çatacaq. Bəzi məmurlar var ki, cənab prezidentin etimadını doğrultmur. Elə məmurlar var ki, ulu öndərin ideyalarının altında gizlənib, saxta işlərlə məşğul olurlar. Bunların hamısının üzə çıxmasında bu sərəncam böyük rol oynayacaq. Bundan əlavə cənab prezidentin apardığı iqtisadi, sosial, siyasi islahatlar daha da təkmilləşdiriləcək, sürətlənəcək. Mehriban Əliyevanın birinci vitse-prezident seçilməsi Azərbaycanın beynəlxalq aləmdə olan nüfuzunu daha da inkişaf etdirəcək. Azərbaycanın mədəniyyəti, qədim tarixi, müasir tarixi, orta əsrlər tarixi, Azərbaycanın adət-ənənələri, qadınların hər tərəfli inkişafına təkan verəcək. Bir daha öz adımdan, bir gənc olaraq hörmətli Mehriban Əliyevanı səmimi qəlbdən təbrik edirəm. Yeni işlərində uğurlar arzu edirəm". Natiq qeyd edib ki, Mehriban Əliyeva əvvəldən Heydər Əliyev fondunun prezidenti kimi, ictimai-siyasi fəaliyyəti ilə xalqın sevgisini qazanıb: "Bundan sonra Mehriban xanım birinci vitse-prezident kimi cənab prezidentin gördüyü işlərə də dəstək verəcək və bu prosesə daha da təkan verəcək. Mən fəxr edirəm ki, bizim dövlətimizdə belə şəxslər Azərbaycanın inkişafında mühüm rol oynayırlar".
Süleyman