“Hər bir sağlam şirkət devalvasiyaya hazır olmalıdı”
"Devalvasiya ötən il şirkətimizə 10-15 milyon manat məbləğində zərər vurdu. Bu, elə də böyük rəqəm deyil. Şirkət olaraq alt qat gəlirimizə heş bir ziyan dəyməyib. Şirkət öz gəlirliliyini qoruyub saxlayıb", - deyə "Azercell Telekom" MMC-nin maliyyə məsələləri üzrə məsləhətçisi Sərdar Yılmaz bu gün keçirilən mətbuat konfransında bildirib.
22 Fevral 2017 16:20 Sosial"Devalvasiya ötən il şirkətimizə 10-15 milyon manat məbləğində zərər vurdu. Bu, elə də böyük rəqəm deyil. Şirkət olaraq alt qat gəlirimizə heş bir ziyan dəyməyib. Şirkət öz gəlirliliyini qoruyub saxlayıb", - deyə "Azercell Telekom" MMC-nin maliyyə məsələləri üzrə məsləhətçisi Sərdar Yılmaz bu gün keçirilən mətbuat konfransında bildirib.
"Azercell Telekom" MMC-nin prezidenti Vahid Mürsəliyev isə manatın devalvasiyasının şirkətə vurduğu zərərdən danışarkən qeyd edib ki, "hər bir ciddi, sağlam şirkətin məhz iqtisadi böhran dövründə ciddi itkilərlə qarşılaşmaması üçün devalvasiyaya hazır olmalıdı və müvafiq olaraq, kriz meneceri adlanandepartamenti fəaliyyətdə olur. Biz də bu fəaliyyət aktivdi. "Azercell Telekom" MMC-nin də müvafiq departamenti öz işinin öhdəsindən peşəkarcasına gəlir.Məhz bunun nəticəsində ötən ilin dördüncü rübü şirkətimiz üçün uğurlu olub".