20 illik hesabat
Bu gün “Azercell Telekom” MMC fəaliyyətinin 20 illiyinə və ilin yekunlarına dair mətbuat konfransı keçiridi. Konfransda “Azercell Telekom” – un direktorları iştirak edirdilər.
22 Fevral 2017 16:19 SosialBu gün "Azercell Telekom" MMC fəaliyyətinin 20 illiyinə və ilin yekunlarına dair mətbuat konfransı keçiridi. Konfransda "Azercell Telekom" - un direktorları iştirak edirdilər.
Konfransda ilk olaraq "Azercell Telekom" MMC-nin prezidenti Vahid Mürsəliyev mətbuat nümayəndələrini salamladı və "Azercell Telekom" bu ilin sonuna qədər həyata keçirdiyi layihələr haqqında qısa məlumat verdi. Daha sonra mətbuat nümayəndələri üçün "Azercell Telekom" - un 20 illik fəaliyyətini əks etdirən qısa film təqdim olundu.
Filmin nümayişindən sonra direktorlar jurnalistlərin suallarını cavablandırdılar.