“Partnyor vergi ödəyicisi” statuslu ödəyicilərə bildirişlər təqdim edilib

Fevralın 22-də Vergilər Nazilriyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentində nazirliyin rəhbər vəzifəli şəxslərinin şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri (partnyor ödəyicilər) ilə görüşü keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, tədbirdə çıxış edən vergilər nazirinin müşaviri - Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu Departamentinin baş direktoru Ələkbər Məmmədov bildirib ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin əsas məqsədləri və istiqamətləri, struktur dəyişiklikəri, vergi ödəyicilərinə göstərilən xidmətlər və s. barədə görüş iştirakçılarına məlumat verilib. Qeyd olunub ki, məqsəd sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi yükünün azaldılması, sahibkarların hüquqlarının daha etibarlı qorunması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsi, nağdsız əməliyyatların həcminin artırılması, vergi mühtinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, dürüst və şəffaf uçotun qurulmasıdır. 

Fevralın 22-də Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentində nazirliyin rəhbər vəzifəli şəxslərinin şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri (partnyor ödəyicilər) ilə görüşü keçirilib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, tədbirdə çıxış edən vergilər nazirinin müşaviri - Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu Departamentinin baş direktoru Ələkbər Məmmədov bildirib ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin əsas məqsədləri və istiqamətləri, struktur dəyişiklikəri, vergi ödəyicilərinə göstərilən xidmətlər və s. barədə görüş iştirakçılarına məlumat verilib. Qeyd olunub ki, məqsəd sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi yükünün azaldılması, sahibkarların hüquqlarının daha etibarlı qorunması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsi, nağdsız əməliyyatların həcminin artırılması, vergi mühtinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, dürüst və şəffaf uçotun qurulmasıdır. 

Sonra görüş iştirakçıları üçün "Şəffaf vergi partnyoluğu layihəsi və onun üstünlükləri" mövzusunda təqdimat keçirilib.  Bilirilib ki,  "Şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri ilə işlərin təşkili Qaydaları" vergi ödəyicilərinin müəyyən edilməsi meyarları, onlara göstəriləcək xidmətləri və digər məsələlər üzrə prosedurları tənzimləyir. Vergi ödəyiciləri "Partnyor vergi ödəyicisi statusu"na malik olmaq üçün bir sıra meyarlara cavab verməlidir. Belə ödəyicilər, ilk növbədə, vergi hesabatlarını vaxtlı-vaxtında təqdim etməli, vergiləri tam həcmdə və vaxtında ödəməli, işçilərinin sayını və onlara verilən əmək haqlarını düzgün bəyan etməli, gücləndirilmiş elektron imzaya sahib olmalı, mühasibat uçotunu beynəlxalq və ya milli uçot standartlarına uyğun, yazışmaları isə əsasən elektron şəkildə aparmalıdırlar.Təqdimatda vurğulanıb ki, partnyor ödəyicilərə, ərazi məhdudiyyəti nəzərə alınmadan, "Yaşıl dəhliz prinsipi" əsasında xidmət göstəriləcək. Burada, bir sıra ənənəvi xidmətlərlə yanaşı, İKT-nin son nailiyyətlərinə əsaslanan innovativ xidmətlərin də təqdim edilməsi nəzərdə tutulur.  Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, bu günə qədər partnyor vergi ödəyicisi statusunu əldə etmək üçün vergi orqanlarına 585 müraciət daxil olub. Müvafiq araşdırmalar aparıldıqdan sonra 443 vergi ödəyicisinin müraciəti müsbət həll olunub ki, onlardan da 194-ü Bakı şəhərində fəaliyyət göstərir. Sonra bir qrup vergi ödəyicisinə partnyor vergi ödəyicisi statusunu təsdiqləyən bildirişlər təqdim edilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31