Bilik Fondunda Kamal Abdullanın dil dərsi keçirilib

21 fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Himayəçilik Şurasının üzvü, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri akademik Kamal Abdullayevin "Dilçi olmayanlar üçün dil dərsi" keçirilib.

Fonddan "Olaylar" - a bildirilir ki, tədbirdə Musiqi Akademiyası, Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri, AMEA-nın müxtəlif institutlarının nümayəndələri iştirak ediblər. Azərbaycan dilinin zənginliyindən, incəliyindən və geniş imkanlarından bəhs edən akademik dilimizin yayılma arenasının genişliyindən söz açıb: "Bu gün Azərbaycan dili dövlət dili olaraq Azərbaycan ərazisində yaşayan bütün xalqların doğma dilidir".

Sonra K.Abdullayev Azərbaycan klassik ədəbiyyatının nümayəndələrindən müxtəlif sitatlar gətirməklə ana dilimizin geniş imkanlarından söz açıb, gəncləri ana dilimizi sevməyə, qorumağa və zənginləşdirməyə çağırıb.

İnteraktiv formada səmimi şəraitdə keçən görüşdə akademik K.Abdullayev gənclərin çoxsaylı suallarını cavablandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31