Səhiyyə naziri vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 17 fevral 2017-ci il tarixində saat 11:00-da Ucar Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.

Nazirlikdən verilən məlumata görə, Oqtay Şirəliyev Ucar, Ağdaş, Ağsu, Kürdəmir rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31