Gəncənin tarixi İpək Yolundakı rolu 

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı Prezident Yanında Gənclər Fondunun dəstəyi ilə “Gəncə - Avropa gənclər paytaxtı” layihəsi çərçivəsində Gəncənin İpək Yolundakı rolunun nəzərə çatdırılması məqsədilə layihə həyata keçirib.

"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı Prezident Yanında Gənclər Fondunun dəstəyi ilə "Gəncə - Avropa gənclər paytaxtı" layihəsi çərçivəsində Gəncənin İpək Yolundakı rolunun nəzərə çatdırılması məqsədilə layihə həyata keçirib. "OLAYLAR"-ın xəbərinə görə, "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqına üzv olan ölkələrin gənclərinin, həmçinin gənclər təşkilatlarının nümayəndələrin iştirakı ilə keçirilən konfransda iştirakçılar qədim Gəncənin tarixi və mədəniyyəti ilə tanış olub, şəhərin qədim və müasir dövrdə İpək yolundakı tarixi, mədəni, sosial, iqtisadi sahələrdəki rolu haqqında müzakirələr aparıblar. Layihənin başlıca məqsədi həm Gəncə - Avropa gənclər paytaxtı 2016 layihəsi çərçivəsində Gəncənin mədəniyyətinieyni zamanda Gəncənin İpək Yolundakı rolunu və Azərbaycanın İpək Yolu mədəniyyətinə verdiyi tövhələridünya ictimaiyyətində təbliğ etməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31