Sabahın havası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinin  "Olaylar" - a verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında fevralın 12-də hava şəraitininarabir bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-2 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 12-də hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 5-10,  gündüz 0-5 dərəcə şaxta olacaq.  Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31