Tarix Muzeyində dəyirmi masa

Bu gün Milli Azərbaycan Tarixi Muzeyində (MATM) “Muzey və məktəb: əməkdaşlıq yolları” layihəsi çərçivəsində Bakı şəhərinin kənd və qəsəbə məktəblərinin direktorları ilə dəyirmi masa keçirilib.

Bu gün Milli Azərbaycan Tarixi Muzeyində (MATM) "Muzey və məktəb: əməkdaşlıq yolları" layihəsi çərçivəsində Bakı şəhərinin kənd və qəsəbə məktəblərinin direktorları ilə dəyirmi masa keçirilib.

Muzeydən "Olaylar" - a verilən xəbərə əsasən, tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsilin İnkişafı Proqramları şöbəsinin sektor müdiri Almaz Əsgərova, Bakı şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Afiq Əzizov və Bakı şəhərinin 33 kənd və qəsəbə məktəbinin direktorları iştirak ediblər.

Tədbiri giriş sözü ilə Muzeyin direktoru, akademik Nailə Vəlixanlı Milli Azərbaycan Tarixi Muzeyinin ümumtəhsil məktəbləri ilə əlaqələrinin və əməkdaşlığın əhəmiyyətindən danışdı. N.Vəlixanlı bildirdi ki, məktəblilərin Azərbaycan tarixini ətraflı öyrənmələri üçün Muzeyin ekspozisiyalarında ekskursiya keçmələri və açıq dərslərdə iştirak etmələri vacib amildi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31