Muzeydə açıq dərs keçirilib

Milli Azərbaycan Tarixi Muzeyində mütəmadi olaraq şagird və tələbələr üçün açıq dərslər keçirilir. Növbəti açıq dərs Nizami rayon 227 saylı tam orta məktəbin şagirdləri ilə oldu.

Milli Azərbaycan Tarixi Muzeyində mütəmadi olaraq şagird və tələbələr üçün açıq dərslər keçirilir. Növbəti açıq dərs Nizami rayon 227 saylı tam orta məktəbin şagirdləri ilə oldu.

Qeyd edək ki, açıq dərs Muzeyin Etnoqrafiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d. Gülzadə Abdulova tərəfindən aparılıb. Dərs Muzeyin eksponatları əsasında təşkil olunan "Qadın geyim bəzəkləri" sərgisinə, Azərbaycanın ənənəvi qadın geyim bəzəklərinə həsr olunmuşdu. G.Abdulova məktəblilərə "Qadın geyim bəzəkləri" sərgisində ilk dəfə kompleks şəkildə nümayiş olunan şairə Xurşidbanu Natəvanın geyimləri haqqında  məlumat verdi. Həmçinin dərsdə sərgidə nümayiş olunan 200-dən artıq etnoqrafik eksponat haqqında danışıldı.

G.Abdulova şagirdlərə əcdadlarımızın yaratdığı maddi-mənəvi dəyərləri unutmamağı, milli-mədəni irsimizi öyrənməyi və təbliğ etməyi tövsiyyə etmişdir. Dərsin sonunda şagirdlərin sualları mühazirəçi tərəfindən cavablandırılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31