“Türk-qurd etnosu araşdırmalar, çözümlər” adlı kitab çapdan çıxıb

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılovun “Türk-qurd etnosu araşdırmalar, çözümlər” adlı yeni kitabı çapdan çıxıb.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılovun "Türk-qurd etnosu araşdırmalar, çözümlər" adlı yeni kitabı çapdan çıxıb. "OLAYLAR"-ın xəbərinə görə, kitabda Qədim Türk etnosu olan "Qurd"lar və onların mənşəyindən danışılır. Əsərdə "Qurd" anlayışının Türk xalqları arasında daşıdığı mənalar izahlı geniş şəkildə təhlil olunub. Kitabda unudulmaqda olan "Qurd" dilinin leksik-semantik özəllikləri barədə məlumata da rast gəlmək mümkündür. Kitabın sonunda "Qurd" dilinə məxsus sözlərin lüğəti öz əksini tapıb. Lüğətdə "Qurd" dilində olan sözlərin müasir Azərbaycan dilində qarşılığı verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31