Mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mərakeş səfiri Mohamed Adil Embarş və Yaponiya səfiri Tsuquo Takahaşini qəbul etdi. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, M.A.Embarş ilə görüşdə Azərbaycan və Mərakeş arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olundu.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mərakeş səfiri Mohamed Adil Embarş və Yaponiya səfiri Tsuquo Takahaşini qəbul etdi. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, M.A.Embarş ilə görüşdə Azərbaycan və Mərakeş arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olundu. Mədəniyyət və turizm sahələri üzrə müvafiq hüquqi bazanın mövcudluğu iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasının göstəricisi və əməkdaşlığın genişləndirilməsinə şərait yaradan faktor kimi qiymətləndirilib. Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi arasında keçirilən vida görüşündə isə Azərbaycan və Yaponiya arasında mədəniyyət və turizm sahələri üzrə əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib. İki ölkə arasında sözügedən sahələrdə əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparıldı və turizm üzrə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31