Bakı-Şamaxı yolu yenidən qurulur

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13.3-91-ci km-lik ( 77.7 km ) hissəsinin I texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilməsi layihəsi uğurla icra olunur. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, yolun 44.6-67.5-ci km-lik (22.9 km) hissəsi üzrə yenidənqurma işləri tam olaraq yekunlaşdırılıb. Yolun tikintisinə 2013-cü ilin avqust ayında başlanılıb. Yol boyu layihə çərçivəsində 42 ədəd dairəvi boru, 6 ədəd düzbucaqlı su keçidi və 8 ədəd yeraltı keçid inşa olunub. Bundan başqa yolun 56-cı km-də, Qobustan rayonu Cəngi kəndi ərazisində yeni yerüstü piyada keçidi də inşa olunub.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13.3-91-ci km-lik ( 77.7 km ) hissəsinin I texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilməsi layihəsi uğurla icra olunur. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, yolun 44.6-67.5-ci km-lik (22.9 km) hissəsi üzrə yenidənqurma işləri tam olaraq yekunlaşdırılıb. Yolun tikintisinə 2013-cü ilin avqust ayında başlanılıb. Yol boyu layihə çərçivəsində 42 ədəd dairəvi boru, 6 ədəd düzbucaqlı su keçidi və 8 ədəd yeraltı keçid inşa olunub. Bundan başqa yolun 56-cı km-də, Qobustan rayonu Cəngi kəndi ərazisində yeni yerüstü piyada keçidi də inşa olunub. Metal konstruksiyalı keçidin uzunluğu 31 m, eni isə 2,7 m-dir. Yolun 62.9-cu km-də, Ceyrankeçməz çayı üzərində 47.5 m uzunluğunda yeni avtomobil körpüsünün və 6 yerdə geri dönmə hissəsinin tikintisi də başa çatdırılıb. Ümumilikdə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13.3-91-ci km-lik hissəsində layihə çərçivəsində 123 ədəd dairəvi boru, 14 ədəd düzbucaqlı su keçidi, 20 ədəd yeraltı keçid və 26 ədəd drenaj boru olmalıdır. Həmçinin yol boyu zəruri olan ərazilərdə 8 ədəd yerüstü piyada keçidinin inşası da planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31