Gənclərin elmi və bədii ədəbiyyata marağı artırılır

İsmayıllı şəhəri “Heydər Əliyev Mərkəzi”ndə “Gənclər elmi və bədii ədəbiyyat işığında” adlı layihənin yekun tədbiri keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, 10 noyabr 2016-cı il tarixindən başlayaraq reallaşan layihə Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi, AMEA Nizmi adına Ədəbiyyat İnstitutunun təşkilatı dəstəyi ilə həyata keçirilib.

İsmayıllı şəhəri "Heydər Əliyev Mərkəzi"ndə "Gənclər elmi və bədii ədəbiyyat işığında" adlı layihənin yekun tədbiri keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, 10 noyabr 2016-cı il tarixindən başlayaraq reallaşan layihə Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi, AMEA Nizmi adına Ədəbiyyat İnstitutunun təşkilatı dəstəyi ilə həyata keçirilib. Yekun tədbirində İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısı Mirdaməd Sadıqov, AMEA-nın vitse prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və İnstitututun Əməkdaşları, İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, eləcə də məktəbli gənclər, rayon ziyalıları iştirak edib. İsmayıllı RİH-nin başçısı Mirdaməd Sadıqov layihənin əhəmiyyətini qeyd edib. Millət Vəkili, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyliyə, layihə müəlliflərinə öz minnətdarlığını bildirərək, elmi və bədii ədəbiyyatın gənclərə faydası barədə ətraflı məlumat verib. Akademik İsa Həbibbəyli öz çıxışında Azerbaycan Milli Elmlər Akademiyasının elm siyasətindən, elmimizin inkişafında gördüyü əhəmiyyətli işlərdən geniş şəkildə bəhs edib. Layihənin rəhbəri Gülnar Yunusova çıxış edərək layihə haqqında, onun mahiyyəti və məqsədi haqqında ətraflı məlumat verib, eyni zamanda, başa çatmış layihə fəaliyyətinin nəticələri və statistik göstəricilərini diqqətə çatdırıb. Bildirib ki, layihədə nəzərdə tutulmuş fəaliyyətin reallaşdırılması zərurəti üç mühüm problemin aradan qaldırılmasına yönəldilib. Yeniyetmə və gənclərin bədii və elmi təfəkkürü arasında müşahidə olunan balanssızlığın aradan qaldırılması, bədii yaradıcılığa meylli olan yeniyetmə və gənclərin potensialını həyata keçirmək sahəsində rastlaşdıqları məlumatsızlığın aradan qaldırılmasına yardım etmək və ixtisas seçmə prosesində yeniyetmə və gənclərin müstəqil fikirlərinin inkişaf etməməsi səbəbindən sonradan qarşılaşdıqları çətinliklərli minimuma endirmək. Tədbirin sonunda layihə çərçivəsində keçirilmiş təlimlərdə iştirak edən 60 şagird sertifikatlarla təltif olunub. İnşa müsabiqəsinin qaliblərinə diplom və mükafatlar təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31