Dövlət qulluğunda çalışan qadınların göstəricisi 29,2 faizə çatıb

“Azərbaycan əhalisinin ümumi sayının 50,2 fazini təşkil edən qadınlar cəmiyyətin müxtəlif sferalarında çalışırlar. Onların ictimai-siyasi, elmi, mədəni, sosial-iqtisadi və digər sahələrdə əldə etdikləri uğurlar, bütövlükdə dövlətimizin nailiyyətidir”.

"Azərbaycan əhalisinin ümumi sayının 50,2 fazini təşkil edən qadınlar cəmiyyətin müxtəlif sferalarında çalışırlar. Onların ictimai-siyasi, elmi, mədəni, sosial-iqtisadi və digər sahələrdə əldə etdikləri uğurlar, bütövlükdə dövlətimizin nailiyyətidir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri ysap.org.az-a müsahibəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova səsləndirib. O, bildirib ki, Azərbaycanın demək olar ki, əksər rayonlarında İcra Hakimiyyəti başçılarının müavinləri qadınlardır: "Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29,2 faizə çatıb, sahibkarlar arasında isə qadınların iştirakçılığı 20 təşkil edir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 40 faizi qadınlardır. Milli Məclisdə qadın millət vəkillərinin sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, qadınlar təşkil edirdisə, 2015-ci il parlament seçkilərində qadın millət vəkillərinin sayı artaraq 16,8 faizə yüksəlib". Komitə sədri deyib ki, 2009-cu ildəki seçkilərdə bələdiyyə üzvü seçilmiş qadınlar 26,7 faiz olub. 2014-cü ildə isə bələdiyyə üzvü seçilmiş qadınların sayı 35 faiz təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31