Evləri sökülən sakinlərlə maarifləndirmə işləri aparılır

Binəqədi rayonu Xocəsən qəsəbəsindəki avtovağzal ərazisində, Metronun depo stansiyasının tikintisi altına düşən hissəsində yerləşən yaşayış evlərinin sökülməsi ilə bağlı əhali arasında maarifləndirmə və izahat işləri aparılır.

Binəqədi rayonu Xocəsən qəsəbəsindəki avtovağzal ərazisində, Metronun depo stansiyasının tikintisi altına düşən hissəsində yerləşən yaşayış evlərinin sökülməsi ilə bağlı əhali arasında maarifləndirmə və izahat işləri aparılır. "OLAYLAR"-ın xəbərinə görə., bu məqsədilə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanovun sədrliyi ilə yaradılmış Qərargahda sakinlərlə növbəti görüş keçirilib. Görüşdə İlqar Süleymanov və metropolitenin əməkdaşları söküntü ilə əlaqədar sakinlərə kompensasiyanın hesablanması və verilməsi qaydalarını izah edib, bu sahədə mövcud qanunvericilik barədə sakinlərlə maarifləndirmə işləri aparıblar. Sonra İlqar Süleymanov və görüşdə iştirak edən digər rəsmi şəxslər sakinləri maraqlandıran suallara cavab verib, onları narahat edən məsələlərə aydınlıq gətiriblər. Sakinlər onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31