Gürcüstanda Xocalı soyqırımı ilə bağlı tədbirlər keçiriləcək
Marneulidə Gürcüstanın müxtəlif universitetlərində təhsil alan tələbələr və gənclərlə görüş olub. “OLAYLAR”-ın xəbərinə görə, görüşdə Xocalı soyqırımı ilə bağlı nəzərdə tutulan tədbirlər planı ətrafında müzakirələr aparılıb.
6 Fevral 2017 12:25 SosialMarneulidə Gürcüstanın müxtəlif universitetlərində təhsil alan tələbələr və gənclərlə görüş olub. "OLAYLAR"-ın xəbərinə görə, görüşdə Xocalı soyqırımı ilə bağlı nəzərdə tutulan tədbirlər planı ətrafında müzakirələr aparılıb. Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclərlə iş şöbəsinin müdiri Nərgiz Əliyeva, tələbələrdən Tural Ramazanov, Leyla Əmrahova, Ümman Sadıqov və digərləri çıxış edərək müəyyən təkliflər səsləndiriblər. Çıxışlarda Gürcüstanda 9 aprel faciəsinin növbəti ildönümü. eləcə də Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı təkliflər səsləndirilib. Tələbə-gənclər Xocalı faciəsi ilə bağlı məlumatların gürcü ictimaiyyətinə və Tbilisi şəhərinin qonaqlarına çatdırmaq üçün bir sıra tədbirlər keçirmək təklifini ediblər. Görüşdə iştirak edən Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Elçin Məmmədov tələbə-gənclərin Gürcüstan ictimaiyyətinə inteqrasiyası ilə bağlı fikirlərini bölüşüb, səfirliyin tələbə gənclərə daim dəstək verdiyini söyləyib.