Ağsu dolaylarında sürüşmə 40 metrədək ərazini əhatə edir
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsinin 149-cu km-də torpaq sürüşməsi aktivləşib. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı “Azəravtoyol” ASC-nin mətbuat xidməti yayıb.
6 Fevral 2017 11:55 SosialBakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsinin 149-cu km-də torpaq sürüşməsi aktivləşib. "OLAYLAR"-ın xəbərinə görə, məlumatı "Azəravtoyol" ASC-nin mətbuat xidməti yayıb. Bildirilib ki, sürüşmə sahəsi 40 metrədək ərazini əhatə edir. Sözügedən hissədə yol 40-50 sm çöküb. Sürüşmə qeydə alınan hissənin bərpası üçün əraziyə "Azəravtoyol" ASC-nin texnikası və canlı qüvvəsi cəlb olunub. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə həmin hissədə hərəkət məhdudlaşdırılaraq, ərazidəki alternativ yola yönəldilib.