Bilik Fondunun peşəyönümlü maarifləndirmə işi
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və aparat rəhbəri İsaxan Vəliyev “Auto Azərbaycan” şirkətinin İdarə Heyətinin sədri Nasir Seyidzadə ilə görüşüblər. Dilerlərin inkişafı üzrə baş mütəxəssis Tural İsmayılov, texniki menecer Sənan Məmmədov, təlimçi-mütəxəssis Qurban Məmmədovun da iştirak etdikləri görüşdə Bilik Fondu ilə şirkətin uğurlu əməkdaşlığının davamı, birgə həyata keçirilən layihələrin inkişafı və perspektivləri müzakirə olunub.
3 Fevral 2017 14:11 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və aparat rəhbəri İsaxan Vəliyev "Auto Azərbaycan" şirkətinin İdarə Heyətinin sədri Nasir Seyidzadə ilə görüşüblər. Dilerlərin inkişafı üzrə baş mütəxəssis Tural İsmayılov, texniki menecer Sənan Məmmədov, təlimçi-mütəxəssis Qurban Məmmədovun da iştirak etdikləri görüşdə Bilik Fondu ilə şirkətin uğurlu əməkdaşlığının davamı, birgə həyata keçirilən layihələrin inkişafı və perspektivləri müzakirə olunub.
Bilik Fondundan "Olaylar" - a verilən məlumata görə "Auto Azərbaycan" şirkətinin İdarə heyətinin sədri qonaqları salamlayaraq əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Bilik Fondunun təşkilatçılığı ilə keçirilən və avtomobillərə texniki xidmət üzrə mütəxəssis hazırlığını nəzərdə tutan təlimlərdə gənclərin həvəslə iştirak etdiyini vurğulayıb. Onu da bildirib ki, təlimin nəticələrinə görə fərqlənən iki gənc artıq "Auto Azərbaycan" şirkətində, digərləri isə müxtəlif texniki xidmət müəssisələrində işlə təmin olunublar. İcraçı direktor Oktay Səmədov Fondun təşkilatçılığı ilə gənclərin avtomobillərə texniki xidmət üzrə usta hazırlığı kurslarında ödənişsiz təlimlər keçdiyinə görə "Auto Azərbaycan"-nın rəhbərliyinə və təlimçilərə təşəkkürünü bildirib. O.Səmədov xatırladıb ki, Fondun "İl boyu bilik" proqramı çərçivəsində şirkət bir sıra Bakı kəndlərində yaşayan gənclər üçün ödənişsiz təlimlər keçib.