Bakıda binda GÜCLÜ YANĞIN: 12 ailə küçədə qaldı - VİDEO
Bakının Xətai rayonu NZS qəsəbəsində gecə saatlarında yanğın hadisəsi baş verib. Sakinlərin v erdiyi məlumata görə, yanğın qəsəbə ərazisində yerləşən 2 mərtəbəli binada başlayıb. 12 ailə binanın gecə saatlarında yanmasından sonra küçədə qalmaq məcburiyyətində qalıblar. Xoşbəxtlikdən heç bir itki olmasa da, binanın belə heç bir səbəb olmadan yanması onlarda müxtəlif şübhələrə səbəb olub.
2 Fevral 2017 18:12 SosialBakının Xətai rayonu NZS qəsəbəsində gecə saatlarında yanğın hadisəsi baş verib.
Sakinlərin verdiyi məlumata görə, yanğın qəsəbə ərazisində yerləşən 2 mərtəbəli binada başlayıb. 12 ailə binanın gecə saatlarında yanmasından sonra küçədə qalmaq məcburiyyətində qalıblar. Xoşbəxtlikdən heç bir itki olmasa da, binanın belə heç bir səbəb olmadan yanması onlarda müxtəlif şübhələrə səbəb olub.
Yanğın baş verən əraziyə FHN-nin yanğınsöndürmə briqadası cəlb edilsə də, bina tamamilə külə dönüb.
Qeyd edək ki, 2015-ci il mayın 19-da Bakının Binəqədi rayonunda binada yanğın hadisəsi baş vermişdi. Binada baş verən yanğınla bağlı hələ də məhkəmə prosesi davam etdirilir. İddialar arasında binanın kimlərsə tərəfindən yandırılması versiyası da öz qüvvəsini qorumaqdadır. Azxeber.com