Təşkilatlar hansı hallarda müflis elan olunur?
Milli Məclis “Müflisləşmə və iflas haqqında”qanuna dəyişiklik edib. Artıq sözügedən qanun bütün kommersiya (banklar istisna olmaqla) və qeyri-kommersiya təşkilatlarına şamil ediləcək. Qanun müstəsna olaraq Azərbaycan Mərkəzi Bankına şamil edilmir. Səhmdar investisiya fondu və sığortaçı bu qanunla yanaşı, müvafiq olaraq “İnvestisiya fondları haqqında” və “Sığorta fəaliyyəti haqqında” qanunlar tələbləri nəzərə alınmaqla müflis elan edilir. Dəyişikliyə əsasən, qanunun 2.2-ci maddəsindən “Azərbaycan Mərkəzi Bankı” sözü çıxarılaraq, “publik hüquqi şəxslər” sözü əlavə edilib.
2 Fevral 2017 15:30 SosialYaxud, borclu nə vaxt ödəmə qabiliyyəti olmayan sayıla bilər?
Milli Məclis "Müflisləşmə və iflas haqqında"qanuna dəyişiklik edib. Artıq sözügedən qanun bütün kommersiya (banklar istisna olmaqla) və qeyri-kommersiya təşkilatlarına şamil ediləcək. Qanun müstəsna olaraq Azərbaycan Mərkəzi Bankına şamil edilmir. Səhmdar investisiya fondu və sığortaçı bu qanunla yanaşı, müvafiq olaraq "İnvestisiya fondları haqqında" və "Sığorta fəaliyyəti haqqında" qanunlar tələbləri nəzərə alınmaqla müflis elan edilir. Dəyişikliyə əsasən, qanunun 2.2-ci maddəsindən "Azərbaycan Mərkəzi Bankı" sözü çıxarılaraq, "publik hüquqi şəxslər" sözü əlavə edilib. İndi maraqlı məsələrədən biri ondan ibarətdir ki, təşkilatların iflas elan olunması prosesinə başlanması və baxılması hansı qaydada həyata keçirilir? Hüquqşünas Alim Hüseynli bildirib ki, iflas haqqında işlərə başlanması və həmin işlərə baxılması qaydası "Müflisləşmə və iflas haqqında" 13 iyun 1997-ci il tarixli Azərbaycan Respublikasının Qanununun spesifik tələbləri nəzərə alınmaqla, qüvvədə olan prosessual qanunvericiliklə tənzimlənir. "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən iflas prosesi bütün kommersiya təşkilatlarına, o cümlədən kredit təşkilatlarına və qeyri-kommersiya təşkilatlarına (Mərkəzi Bank istisna olmaqla) qarşı başlanıla bilər. İflas prosesi vergi ödəyicisinə qarşı yalnız tam ödəmə qabiliyyəti və əmlakı olmadıqda başlanılır. İflas haqqında işin qaldırılması üçün kreditorun və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır. Həmin ərizənin məhkəməyə təqdim olunması tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır. Məhkəməyə iflas haqqında iddia ərizəsi həm borclu, həm də kreditor tərəfindən verilə bilər: "Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən müstəsna hallarda borclu müəssisələrin iflas prosesinə məhkəmənin iştirakı olmadan da başlanıla bilər. Müflisləşmə (iflas) haqqında işlərə borclunun yaşadığı və ya olduğu yerdə baxılır". Onun sözlərinə görə, qanunvericilikdə borclunun ödəmə qabiliyyəti olmayan sayılması üçün şərtlər də müəyyən edilib. Belə ki, borclu ödəmə qabiliyyəti olmayan sayıldıqda iflas prosesinə başlanılır. Borclunun ödəmə qabiliyyəti olmayan sayılması ya onun özü tərəfindən təsdiq edilir, yaxud bu fakt məhkəmə və ya kreditorlar tərəfindən müəyyən edilir: "Qanunun 3-cü maddəsində borclunun ödəmə qabiliyyəti olmayan sayılması üçün aşağıdakı şərtlər müəyyən edilmişdir: borclu kreditorun irəli sürdüyü qanuni ödəmə tələbini bu cür tələb verildikdən sonra iki ay ərzində yerinə yetirmədikdə və ya; borclu qanunvericiliyə müvafiq surətdə həyata keçirilməli olduğu ödənişləri vaxtı çatdıqca həyata keçirməyə qadir olmadıqda və ya; borclu öz borclarını vaxtı çatdıqda ödəməyə qadir olmadıqda. Yalnız bu hallarda borclu ödəmə qabiliyyəti olmayan sayıla bilər". Hüquqşünas bildirib ki, "Müflisləşmə və iflas haqqında" Qanunda iflas haqqında iddia ərizəsinin tərtib edilmə qaydası və həmin ərizədə göstərilməli olan rekvizitlər, ərizəyə əlavə edilməli olan sənədlər göstərilmişdir. Həmin tələblərə əməl edilməməsi məhkəmənin ərizəni qəbul etməkdən imtina etməsinə, onun baxmadan saxlamasına, hərəkətsiz saxlamasına, yaxud qaytarmasına) səbəb ola bilər.
Zəka