Valideynlər övladlarını düzgün istiqamətə yönəltmir
Hər bir valideyn öz övladının gələcəyi, onun ad-san qazanması, yaxşı məslək sahibi olması istiqamətində daim xəyyalar qurur, bu istiqamətdə mübarizə apararaq övladığının xoş günlərini görmək istəyir. Amma etiraf etmək lazımdır ki, valideynlər heç də hər zaman arzuladıqlarını görə bilmir, övladlarının istənilən nəticə əldə etməməsndən xəyat qırıqlığı yaşayırlar. Bəzən bu mənfi halın baş verməsində uşaqlar günahkar bilinsə də, ancaq valideynlərin də müəyyən mənada burada günahı az deyil. Elə psixoloqlar da belə qənaətdədirlər.
2 Fevral 2017 15:26 SosialMurad Akifsoy: "Əksər ailələrdə uşaqlar nəfəsli robotlar olaraq yetişdirilməkdədir"
Hər bir valideyn öz övladının gələcəyi, onun ad-san qazanması, yaxşı məslək sahibi olması istiqamətində daim xəyyalar qurur, bu istiqamətdə mübarizə apararaq övladığının xoş günlərini görmək istəyir. Amma etiraf etmək lazımdır ki, valideynlər heç də hər zaman arzuladıqlarını görə bilmir, övladlarının istənilən nəticə əldə etməməsndən xəyat qırıqlığı yaşayırlar. Bəzən bu mənfi halın baş verməsində uşaqlar günahkar bilinsə də, ancaq valideynlərin də müəyyən mənada burada günahı az deyil. Elə psixoloqlar da belə qənaətdədirlər.
Gənc Psixoloqlar İctimai Birliyinin koordinatoru Murad Akifsoy belə düşünür. O, qeyd edib ki, bu gün biz hələ gənc dövlət sayılırıq və müstəqilliklə bərabər, eyni zamanda sosial-iqtisadi rejimimiz də tamamilə dəyişib: "Rəssama, müəllimə, fəhləyə, məmura eyni gözlə baxan bir sistemdən hər şeyə, hər sənət sahibinə fərdi şəkildə yanaşmağımızı tələb edən sistemi özümümüzə tətbiq etməyə çalışırıq. Bir yandan hər şeyi əllə etməyə öyrəşmiş adamlar, artıq paltarını əllə yumur, məktubu vaxt gözləmədən anında bir toxunuşla özüdə limitsiz olaraq göndərir, uzaqdakı tanışları ilə istədiyi vaxt görüntülü zəngləşə bilir. Bu səbədən insanların asudə vaxtı çoxalıb. Təbii ki, buna alışmamış olmağımız və uzun müddət sosialist rejimi tərəfindən robotlar şəklində istismar edilməyimiz, bu boş vaxtı necə gəldi plansız və bir o qədərdə mənasız xərclənməsi hələ də davam etməkdədir. Digər tərəfdən tamamilə nəzarət altına alınmış, nəfəsi belə rejimlə alan insanlar bu rahatlığı sərhədsiz olaraq dəyərləndirdilər. Artıq hamının işlərinə burnunu soxa bilər, insanların ruh halını bilmədən hiss etdiklərini dəyərləndirmədən onlara mənfi qiymət verən bir sürü halına dönüşməkdəyik. Bunun ən ağır zərbələrini də normal olaraq uşaqlar və gənc nəsil alır". Psixoloq deyir ki, əksər ailələrdə uşaqlar nəfəsli robotlar olaraq yetişdirilməkdədir. Onun sözlərinə görə, uşağın yeyəcəyi yeməkdən tutmuş oynayacağı dostu, geyəcəyi paltara qədər valideyn qərar verir: "Özü də uşağın fikrini soruşulmadan. Daha sonra uşağın seçəcəyi peşəyə də valideynlər müdaxilə edir və 60 faiz tələbə öz istədiyi sahə üzrə deyil, tamam başqa sahə üzrə təhsil alır. Peşəsini sevməyən insanların bu peşəni öyrənmə səviyyəsi də çox aşağı olduğundan bu da daha sonra qeyri-peşəkar kadrların ortaya çıxmasına səbəb olur. Bununla da kifayətlənməyən valideynlər daha sonra ailə quracağı şəxsə, bundan sonra nəvələrinə verəcəyi adlara qədər özləri qərar verirlər. Belə olan təqdirdə heç bir məqsəd bacarıq və prinsipləri olmayan biolojik yaşam sürən insanlar cəmiyyətə sürətlə yayılmağa başlayır. Bununla bərabər isə hər gün inkişaf etməyi tələb edən cəmiyyətdə həmin bu uşaqların yüksək yer tutmalarını tələb edənlər də elə valideynlərdir. Uşaqlıqdan öz xəyal dünyasına toxunmayan, özü haqqında heç bir qayğı və planı olmayan fabrik məhsulu ailədəki bu münasibəti sosiumda görməyəndə boşluğa düşür. İndiyə qədər heç kim iş görmədiyi üçün danlanmayan adam cüzi bir tənqiddən təsirlənir, cəmiyyətdən soyumağa başlayır. Çünki cəmiyyət ondan mübarizə tələb edir, halbuki ailədə hər şey əksinə idi. Nəticə olaraq da həmin adamlar günahı həmişə başqasında axtaran, özünütənqid haqda düşüncəsi belə olmayan, öz mənfəətini güdən eqoistlər yığınına çevrilir. Bu da cəmiyyətdəki münasibətlərdə disbalans yaradır. Yenə ailəsinə döndüyündə evdə eyni münasibəti görür və cəmiyyətdən qaçmaq üçün bəhanələr axtarır, özünə qapanır, özünə inamı aşağı düşür". Murad Akifsoy deyir ki, problemin həlli istiqamətində ilk öncə yaş, cins, irq, sosial statusundan asılı olmayaraq insanlara fərdi yanaşmaşmalıyıq: "Bu yazıda əsas yükü valideynlər üzərinə yükədik. Cəmiyyəti formalaşdıran ailələrdir, ailələri də valideynlər formalaşdırır. Ona görə də bu məsələdə əsas yük valideynlərin üzərinə düşür. Uşaqlarımıza məktəbdə qiymət aldığı üçün, univeristetdə oxuduğu üçün yox sırf övladımız olduğu üçün qiymət verək. Ona özünü göstərməsinə şans verək. Buna onun həm mənəvi, həm də hüquqi haqqı var. Çünki o bizim övladımız olsa da, bizim özümüz deyil, ona görə də özü ilə bağlı qərarlarda onun da istək və fikirləri nəzərə alınmalı, daha sonrakı yaşlarda bizim məsləhətlərimizə diqqət yetirməsi üçün şərait yaratmış olarıq. Öz şəxsiyyətinə hörmət görən hər bir adam digərlərinə də bunu qaytarmalı olduğunu yaxşı bilir. Belə yetişən insanların sosial problemləri nisbətən az olur, özlərini rahatlıqla ifadə edə bilirlər".
Məhəmməd