Zemfira Topçubaşova anılacaq

Fevralın 14-də Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakultəsinin I Mamalıq-Ginekologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, əməkdar müəllim, prezident təqaüdçüsü Zemfira Topçubaşovanın anadan olmasının 90 illiyinə həsr edilmiş konfrans keçiriləcək.

Qey edək ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasında təşkil edilən tədbiri giriş sözü ilə universitetin rektoru, professor Gəray Gəraybəyli açaçaq. Tədbirdə Zemfira Topçubaşovanın həyat və elmi praktiki fəaliyyəti haqqında Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru, dosent R.O.Bəylərovun və ATU-nun I Mamalıq-ginekologiya kafedrasının müdiri, professor E.M.Əliyevanın çıxışı nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31