Qənimət Zahid məmurları təhdid edərək pul alıb

Hazırda Azərbaycandan kənarda yaşayan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə bağlı yeni məlumatlar üzə çıxıb.

Hazırda Azərbaycandan kənarda yaşayan "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidlə bağlı yeni məlumatlar üzə çıxıb. Haqqın.az saytının əldə etdiyi xəbərə görə, Qənimət Zahid istər Bakıda olduğu, istərsə də Azərbaycandan kənarda yaşadığı illər ərzində bir sıra məmurları təhdid edərək onlardan pul qoparmağa müvəffəq olub. Onlarla məmur barəsində kompromat məlumatlar əldə edən baş redaktor onları rəhbərlik etdiyi qəzetdə şantaj edəcəyini deyərək hər bir məmurdan bəlli məbləğdə pul əldə edib. Qənimət Zahidin məmurlardan aldığı pulların məbləği isə minimum 5 min dollar, eləcə də torpaq sahələri, digər zəruri vasitələr olub. Bəzi məmurlar baş redaktora bir dəfə pul verməklə canlarını qurtardıqlarını hesab etsələr də, lakin onlar təhdid edilərək hər ay Qənimət Zahidə pul verilməyə məcbur edilib. Bir qayda olaraq isə baş redaktora həmin məbləğ ayrı-ayrı məmurlardan qəzetin əməkdaşı Xaqani Əliyev tərəfindən çatdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31