Bakıda güclü yanğın baş verib

Bakı şəhəri, Nərimanov rayonunda ikimərtəbəli, kommunal tipli taxta konstruksiyadan ibarət yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə və digər otaqda 10 m² sahədə ev əşyaları yanıb.

Bakı şəhəri, Nərimanov rayonunda ikimərtəbəli, kommunal tipli taxta konstruksiyadan ibarət yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə və digər otaqda 10 m² sahədə ev əşyaları yanıb. "Olaylar" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın zamanı 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Yanğın zamanı mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın saat 03:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31