Keçən il 330 366 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib

"Azəravtoyol” ASC-nin Avtomobil Yollarının Yaşıllaşdırılması Məhdud Məsuliyyətli Cəmiyyətləri 1600 km magistral avtomobil yolunun, 1824 km isə respublika əhəmiyyətli avtomobil yolunun, ümumilikdə 3424 km avtomobil yolunun təhkim zolağındakı yaşıllıqlara xidmət göstərilir.

"Azəravtoyol" ASC-nin Avtomobil Yollarının Yaşıllaşdırılması Məhdud Məsuliyyətli Cəmiyyətləri 1600 km magistral avtomobil yolunun, 1824 km isə respublika əhəmiyyətli avtomobil yolunun, ümumilikdə 3424 km avtomobil yolunun təhkim zolağındakı yaşıllıqlara xidmət göstərilir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, hazırda magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 1 145 944 ədəd, o cümlədən 891 977 ədəd çoxillik ağac mövcuddur. Avtomobil yollarının təhkim zolağında 2014 - 2015-ci illərdə 168 129 ədəd, 2016-cı ildə isə 162 237 ədəd, ümumilikdə 550.6 hektar ərazidə 330 366 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib. Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-ləri Bakı şəhərində 97,3 hektar yaşıllıq sahəsinə, o cümlədən 13,5 hektar qazon sahəsinə, 87 749 ədəd müxtəlif növ ağac və kol bitkisinə xidmət göstərirlər. Bu yaşıllıq sahələrinə su xətləri çəkilmiş, damla üsulu ilə suvarma sistemləri quraşdırılıb. Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-ləri tərəfindən 8,6 hektar ərazidə yaradılmış 5 tinglik sahəsində yetişdirilən 136 750 ədəd müxtəlif növ ağac və kol bitkisi əkin üçün istifadə edilib. Hazırda bu tinglik sahələrində 119 920 ədəd ağac və kol bitkisi yetişdirilir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31