Səhiyyə naziri Oqtay Şirəliyev vətəndaşları qəbul etdi
27 Yanvar 2017 21:43 SosialAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər.
Yanvarın 27-də səhiyyə naziri Oqtay Şirəliyev İmişli Mərkəzi Rayon Xəstəxanasında İmişli, Saatlı, Sabirabad, Beyləqan rayonlarından olan 57 vətəndaşı qəbul edib.
Qəbulda vətəndaşların sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilmişdir.
Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılmış, onların bəziləri yerindəcə həllini tapdı.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürüldü.