Bu, çox həssas məsələdir
"Deyirlər ki, “əmək haqlarını 32 faiz qaldırmaq lazımdır”, “pensiyaları 60 faiz qaldırmaq lazımdır” və s. Bəs necə olsun, nəylə qaldıraq?”. “Olaylar” xəbər verir ki, bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycanda “Pensiya islahatları haqqında” yeni qanun layihəsinin müzakirəsi üçün bu gün keçirilən iclasda bildirib. Deputat Hadı Rəcəbli deyib ki, bu, bir tərəfin mövqeyidir: “Ancaq burada dövlət, büdcə mövqeyi var. Bu məsələ o qədər həssas məsələdir və diqqətli olmaq lazımdır ki, popilist çıxışlara yol verilməsin.
26 Yanvar 2017 17:32 SosialDeputat: "Diqqətli olmaq lazımdır ki, popilist çıxışlara yol verilməsin"
"Deyirlər ki, "əmək haqlarını 32 faiz qaldırmaq lazımdır", "pensiyaları 60 faiz qaldırmaq lazımdır" və s. Bəs necə olsun, nəylə qaldıraq?". "Olaylar" xəbər verir ki, bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycanda "Pensiya islahatları haqqında" yeni qanun layihəsinin müzakirəsi üçün bu gün keçirilən iclasda bildirib. Deputat Hadı Rəcəbli deyib ki, bu, bir tərəfin mövqeyidir: "Ancaq burada dövlət, büdcə mövqeyi var. Bu məsələ o qədər həssas məsələdir və diqqətli olmaq lazımdır ki, popilist çıxışlara yol verilməsin. Mən düşünürəm ki, bu yaşda bizlərə belə populist çıxışlar yaraşmaz". Komitə sədri deyib ki, yanvarın 31-də qanun layihəsinin İşçi Qrupla müzakirəsi aparılacaq. "Fevralın 3-də isə komitə iclasında müzakirəyə çıxarılacaq. Həmin iclasda nazir Səlim Müslümov da iştirak edəcək. Hələlik qanunun mahiyyəti haqqında danışmaq istəmirəm. Deputatlar da layihə ilə yaxından tanış olsunlar. Hələ ki, mətbuata mahiyyət barədə danışmayın. Ayın 3-də komitə iclasında geniş müzakirəyə çıxarılacaq".