Аrхeоlоgiyа və Etnоqrаfiyа muzeyində yeni eksponatlar
AMEA Naxçıvan Bölməsinin nəzdində fəaliyyət göstərən Аrхeоlоgiyа və Etnоqrаfiyа Muzeyinin ekspozisiyası üçün tarixi əhəmiyyət kəsb edən dəyərli materialların toplanması işi davam etdirilir.
26 Yanvar 2017 17:13 SosialAMEA Naxçıvan Bölməsinin nəzdində fəaliyyət göstərən Аrхeоlоgiyа və Etnоqrаfiyа Muzeyinin ekspozisiyası üçün tarixi əhəmiyyət kəsb edən dəyərli materialların toplanması işi davam etdirilir.
Muzeyin fonduna Cəlil Məmmədquluzadənin Nehrəm kəndindəki Xatirə Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev tərəfindən iki yeni eksponat-qolbaq və medalyon daxil olub. Yeni eksponatlar Culfa rayonunun Zoğala qədim yaşayış yerindən tapılıb.
Bu münasibətlə bölmənin Аrхeоlоgiyа və Etnоqrаfiyа Muzeyində təşkil olunan tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm naziri Natəvan Qədimova muzeylərin tariximizin, mədəniyyətimizin dünyada tanıdılmasında çox önəmli rolu olduğunu diqqətə çatdırdı.
Daha sonra AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış etdi.
Qeyd edək ki, muzeydəki eksponatlar 2006-2016-ci illərdə AMEA-nın, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun, ABŞ-ın Corciya və Pensilvaniya Universitetinin, Emоri, Utah Universitetlərinin, Fransanın Milli Elmi Araşdırma Mərkəzinin əməkdaşları ilə yanaşı, Türkiyədən, İtaliyadan, Macarıstandan, Suriyadan və digər dövlətlərin arxeoloqları ilə bölgənin müxtəlf ərazilərindəki qədim abidələrin tədqiqi zamanı əldə olunub.
Məlumat üçün onu da qeyd edək ki, zəngin fondu olan Аrхeоlоgiyа və Etnоqrаfiyа Muzeyinin ekspozisiyasında 447 eksponat nümayiş etdirilir.