Fransa Milli Assambleyasının deputatı: “Azərbaycan bu sahədə mühüm işlər görüb”

 Parisdə Azərbaycanın Dostları Assosiasiyasının illik toplantısı keçirilib. Parisdə Azərbaycanın Dostları Assosiasiyasının Baş Assambleyasının illik toplantısıda təşkilatın 2016-cı ildəki fəaliyyəti və bu il üçün planları nəzərdən keçirilib. Bildirilib ki, Azərbaycan həyata keçirdiyi irimiqyaslı layihələrlə, dünyaya verdiyi sülh, dostluq mesajı ilə 2016-cı ili öz aktivinə yazıb. Təşkilatın prezidenti, Fransa Milli Assambleyasının deputatı Jan Fransua Mansel hesabat çıxışında bildirib ki, dünyanın dini dözümsüzlük, etnik toqquşmalarla sarsıldığı bir dövrdə yalnız Azərbaycanda bütöv bir il “Multikulturalizm İli” elan edilib və Azərbaycan bu sahədə mühüm işlər görüb.

Parisdə Azərbaycanın Dostları Assosiasiyasının illik toplantısı keçirilib. Parisdə Azərbaycanın Dostları Assosiasiyasının Baş Assambleyasının illik toplantısıda təşkilatın 2016-cı ildəki fəaliyyəti və bu il üçün planları nəzərdən keçirilib. Bildirilib ki, Azərbaycan həyata keçirdiyi irimiqyaslı layihələrlə, dünyaya verdiyi sülh, dostluq mesajı ilə 2016-cı ili öz aktivinə yazıb. Təşkilatın prezidenti, Fransa Milli Assambleyasının deputatı Jan Fransua Mansel hesabat çıxışında bildirib ki, dünyanın dini dözümsüzlük, etnik toqquşmalarla sarsıldığı bir dövrdə yalnız Azərbaycanda bütöv bir il "Multikulturalizm İli" elan edilib və Azərbaycan bu sahədə mühüm işlər görüb.

Fransa Senatının üzvü Erik Dulije Azərbaycanın ötən il həyata keçirdiyi uğurlu layihələrdən söz açıb. Bildirib ki, Azərbaycan dünyaya çox şey qazandırıb. Azərbaycan fərqli insanların, rəngarəng din, dil, milli yanaşmaların eyni sərhədlər daxilində, harmoniyada mövcud ola biləcəyini sübut edib. Azərbaycanı Fransa cəmiyyətinə tanıtmaq isə bizim - bu ölkənin dostlarının üzərinə düşür.

İş adamı Moris Rosan Azərbaycanın zəngin tarixə, mədəniyyətə malik bir ölkə olduğunu vurğulayıb. Qeyd edib ki, dəfələrlə Bakıda olub və bu mədəni dəyərləri öz gözləri ilə görüb. M.Rosan Fransada Azərbaycan haqqında həm dövlət rəsmiləri, həm də sadə insanlar arasında dolğun təəssürat yaratmağa çalışdıqlarını bildirib. Xüsusilə də gənc nəslin ölkəmizi daha yaxından tanımaq istədiklərini  diqqətə çatdırıb. Bu baxımdan tələbə mübadiləsi, qarşılıqlı səfərlər və oxşar layihələrin reallaşdırılmasının vacibliyinə toxunub.

İclasda təşkilatın 2017-ci il üçün fəaliyyət planı təsdiq edilib. Baş Assambleyanın iclasına gələn yerli ictimaiyyət nümayəndələrinə Heydər Əliyev Fondu tərəfindən hazırlanan və milli mədəni dəyərlərimizi özündə əks etdirən broşürlər, jurnallar təqdim edilib. Tədbir tanınmış pianoçu və bəstəkar Emil Əfrasiyabın ifasında caz konserti ilə yekunlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31