Mobil ofis xidmətinə 72 min müraciət olunub
Əmlak Məsələləri Dövlət Komitəsinin sosial layihəsi olan mobil ofis xidmətləri hazırda bütün respublika üzrə davam etdirilir. Kənd və qəsəbələrdə, ucqar məntəqələrdə qeydiyyat xidmətləri sakinlərin ünvanına çatdırılır. Belə xidmətlər vasitəsilə indiyədək 72 minə yaxın müraciət təmin olunub.
26 Yanvar 2017 16:48 SosialƏmlak Məsələləri Dövlət Komitəsinin sosial layihəsi olan mobil ofis xidmətləri hazırda bütün respublika üzrə davam etdirilir. Kənd və qəsəbələrdə, ucqar məntəqələrdə qeydiyyat xidmətləri sakinlərin ünvanına çatdırılır. Belə xidmətlər vasitəsilə indiyədək 72 minə yaxın müraciət təmin olunub. Bu barədə Komitədən "Olaylar"a verilən məlumata görə, belə sosial tədbirlər həm də daşınmaz əmlak bazarının canlanması, hüquqi etibarlı əmlakların sayının artması ilə nəticələnir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlakların sayı, eləcə də əmlak xidmətləri ilə bağlı vətəndaşların müraciətləri ilbəil yüksəlir. 2016-cı ildə bütün qeydiyyat xidmətləri üzrə 500 minə yaxın müraciətə baxılıb. Belə xidmətlərə çıxarışın alınması, ilkin mülkiyyət sənədlərinin qəbulu, yüklülük və digər əmlak arayışlarının alınması, ipoteka, lizinq əməliyyatlarının qeydiyyatı, texniki ölçmə işlərinin aparılması və digər xidmətlər aiddir. Bu işlər və eləcə də qeydiyyat prosesinin sadə olması vətəndaşları əmlaklarını sənədləşdirməyə stimullaşdırır, qeydiyyata olan ictimai marağı artırır.