Ağdaşda “Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi”
20 Yanvar 2017 12:36 SosialÖtən gün Ağdaş Regional Mədəniyyət və Turizm idarəsinin nəzdində fəaliyyət göstərən Ağdaş rayon Mərkəzi kitabxanası və Gənclər kitabxanası rayondakı "Şəhidlər" xiyabanında 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar "Qəhrəmanlıq tariximizin "20 Yanvar səhifəsi" adlı tədbir keçirmişdir. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilərək, məzarlarına qırmızı qərənfillər qoyuldu. Tədbirdə "20 Yanvar" faciəsinin Azərbaycn xalqının müstəqillik uğrunda mübarizəsində şanlı səhifələrdən biri olduğu qeyd olundu. Həmçinin 20 Yanvar şəhidlərinin biri olan qədim Ağdaş torpağının yetirməsi Müşfiq Ağəli oğlu İsayevin həyat yolu haqqında danışıldı.
Sonra Müşfiq İsayev adına orta məktəbin, Nizami adına 2 saylı və Gimnaziyanın şagirdlərinin ifasında 20 Yanvar hadisələrinə və ölməz şəhidlərimizə həsr olunmuş şeirlər söylənildi. Tədbirdə mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.