Şabranda “Qəhrəmanlıq və iftixar tariximiz 20 Yanvar”

20 Yanvar hadisəsinin 27-ci il dönümü ilə əlaqədar Şabran rayon Mərkəzi kitabxananın 48 saylı Söhbətli filialında "Qəhrəmanlıq və iftixar tariximiz 20 Yanvar" adlı tədbir keçirilb. Tədbirə Söhbətli kənd məktəbinin direktoru və şagird kollektivi dəvət olunmuşdu. Mövzu ətrafında məktəbin direktoru Ələkbərova Məhəbbət məruzə edərək bildirdi ki, ən uca yerdə qərar tutan "Şəhidlər Xiyabanı" dövlət tərəfindən yüksək səviyyədə abadlaşdırılmış və bütün azərbaycanlıların ziyarət yerinə çevrilib. Sonra Hüseynova Afət və Nuriyev Rasim çıxış edərək "Qarabağ uğrunda gedən döyüşlərdə yüzlərlə oğullarımız uca şəhidlik zirvəsinə yüksəlmişlər" və onların xatirəsini həmişə yüksək səviyyədə qeyd etmək bizim borcumuzdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31