Qubada 20 Yanvar faciəsinin 27-cı ildönümü ilə bağlı anım tədbiri keçirilmişdi

20 Yanvar faciəsinin 27-cı ildönümü ilə bağlı Quba Turizm İnformasiya Mərkəzi Quba rayon tarix-diyarşünaslıq muzeyi ilə birgə anım tədbiri həyata keçirmişdir. Tədbirdə  hər iki  müəssisəsin, Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin, Quba Mərkəzi Kitabxana Sisteminin, rayonda fəaliyyət göstərən bir sıra mehmanxanaların əməkdaşları və 20 Yanvar hadisələrinin canlı şahidləri  iştirak etmişlər.

Tədbirin  əvvəlində 20 yanvar faciəsinin qurbanları və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

QTİM-in direktoru Murad Hacıyev  deyib ki, Qanlı 20 Yanvar faciəsi insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində əbədi qalacaq. Bu, keçmiş sovet hərbi maşınının böyük bir millətə tuşlanmış amansız terror aktı idi.Yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verilib.  

Daha sonra tədbirdə Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Zöhrab Əmrahov, Quba tarix-diyarşünaslıq muzeyinin direktoru Məryəm Hacıyeva, Quba Şəhidlər muzeyinin  müdiri Həqiqət Hüseynova, 20 yanvar hadisələrinin  canlı şahidi olmuş, həmin illərdə hüquq mühafizə orqanlarında çalışmış Sadıq Hacıyev, Quba TİM-in mütəxəssisi Mətləb Şıxbabayev çıxış etmişlər.

Sonda 20 Yanvar faciəsinə həsr olunmuş qısa metrajlı film  təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31