Neftçalada “Qanlı və şanlı gecə” adlı ədəbi-bədii kompozisiya

Neftçala rayon Mərkəzi Kitabxanasının Xidmət şöbəsində 20 yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar "Qanlı və şanlı gecə" adlı ədəbi-bədii kompozisiya keçirilib. Tədbirdə öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Xidmət şöbəsinin müdiri F. Məmmədova giriş sözü ilə çıxış edərək qeyd etdi ki, 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə mərd azərbaycan xalqı öz haqq işi uğrunda sovet imperiyasının zirehli tanklarının qarşısına çıxaraq bütün dünyaya göstərdi ki, Azərbaycan xalqı nəyə qadirdi. Tədbiri aparmaq üçün söz məktəblilərə verildi. Məktəblilər tədbir boyu o gecənin dəhşətlərindən məlumat verərək, şəhidlərin xatirəsinə həsr edilmiş şeirlər söyləyir, mahnılar ifa edir, səhnəciklər göstərirdilər. Tədbirdə nümayiş etdirilən videoçarxlar o gecənin acı dəhşətlərini iştirakçılara bir daha xatırlatdı. Sonda MKS-nin direktor müavini G. Qasımova 3 saylı orta məktəbin şagirdlərinə belə alovlu, vətənpərvər çıxışlarına görə öz təşəkkürünü bildirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31