Şabran rayon Mərkəzi Kitabxanasında “20 Yanvar hüzn günü”
Ötən gün Şabran rayon Mərkəzi Kitabxanasında 20 yanvar şəhidlərinin 27-ci ildönümünə həsr olunmuş “20 yanvar –Azadlığa gedən yolun zirvəsi “ adlı ədəbi-bədii gecə keçirilib.
20 Yanvar 2017 08:00 SosialÖtən gün Şabran rayon Mərkəzi Kitabxanasında 20 yanvar şəhidlərinin 27-ci ildönümünə həsr olunmuş "20 yanvar -Azadlığa gedən yolun zirvəsi " adlı ədəbi-bədii gecə keçirilib.
Tədbirdə Şabran rayon 4 saylı məktəbin müəllim və şagird kollektivi iştirak edirdi. Tədbiri giriş sözü ilə Mərkəzi kitabxananın direktoru Səbirə Məcidova açdı. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 4 saylı məktəbin tarix müəllimi Cəfərov Elnur, Orucova Vüsalə çıxış edərək, o qanlı Yanvar gecəsinin dəhşətlərini bir daha xatırlatdılar. Məktəblilərin ifasında şəhidlərə həsr olunmuş şeirlərdən ibarət kompozisiya səslənib.
Tədbirin sonunda 20 Yanvar gecəsinə həsr olunmuş sənədli film və "Qara Yanvar" adlı sərgi nümayiş olunub..