Milli İncəsənət Muzeyində tədbir
20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq tarixin ən şanlı səhifələrindəndi. Bu gün milli birliyin, milli ideologiyamızın oyanış günü, əsarət altında yaşayan xalqın azadlıq səsinin ucaldığı gündü.
19 Yanvar 2017 18:31 Sosial20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq tarixin ən şanlı səhifələrindəndi. Bu gün milli birliyin, milli ideologiyamızın oyanış günü, əsarət altında yaşayan xalqın azadlıq səsinin ucaldığı gündü.
Bu günlə bağlı Azərbaycan Milli İncəsənət Muzeyində tədbir keçirildi. Muzeydən "Olaylar" - a verilən məlumata görə "İntellekt" ümumtəhsil məktəbinin şagirdləri muzeyin qonağı oldular. Tədbir iştirakçıları muzeyin kolleksiyada nümayiş olunan XVII-XIX əsr silahsazlıq sənət nümunələri olan silah və əsləhə növləri, müdafiə və mühafizə xarakterli hərbi geyimlər, batal janrında çəkilmiş əsərlərlə, yanaşı görkəmli rəssamalarımızın Qanlı yanvar mövzusunda yaratdığı əsərlərdən ibarət kiçik sərgi ilə tanış oldular. Daha sonra onlar erməni təcavüzünə uğramış, bir vaxtlar Şuşada ucalan, indi isə Azərbaycan Milli İncəsənət Muzeyində nümayiş olunan Xürşidbanu Natəvan, Üzeyir Hacıbəyov və Bülbülün büstlərini ziyarət etdilər.